A

Avropa Azərbaycan Məktəbi və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə 11 oktyabr 2025-ci il tarixində “EcoMind: Rethinking Education and Environment Together” (“EcoMind: Təhsili və Ətraf Mühiti Birlikdə Düşünmək”) adlı beynəlxalq konfrans keçiriləcək.

Konfransın məqsədi davamlı inkişaf və ekoloji düşüncənin cəmiyyətin bütün sahələrinə, xüsusilə də təhsilə inteqrasiyasını təşviq etməkdir. Tədbir müxtəlif yaş və peşə qruplarından olan insanları – müəllimləri, məktəbliləri, universitet tələbələrini, valideynləri, ictimai fəalları və könüllüləri bir araya gətirərək təcrübə və bilik mübadiləsi üçün platforma yaradır.

Konfrans iştirakçıları arasında maarifləndirici təqdimatlar, müzakirələr və yeni yanaşmalarla davamlılıq düşüncəsinin formalaşmasına töhfə verilməsi nəzərdə tutulur.

 Təqdimatçı kimi iştirak etmək istəyənlər üçün müraciət açıqdır!

 Kimlər iştirak edə bilər?

  • Müəllimlər və təhsil işçiləri
  • Ekologiya və davamlı inkişaf sahəsində çalışanlar
  • Ekoloji fəallar və könüllülər
  • Təhsildə ekoloji yanaşmaları tətbiq edən şəxslər
  • Tələbələr, tədqiqatçılar və maarifləndirmə ilə məşğul olanlar

Tarix: 11 oktyabr 2025
Məkan: Avropa Azərbaycan Məktəbi, Bakı
Təqdimatçı kimi müraciət üçün forma:

Ətraflı məlumat və konfrans yenilikləri

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay