A

UNEC Zaqatala filialının təşkilatçılığı ilə, filialın 10 illiyinə və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illik yubileyinə həsr olunmuş “Region müəssisə və təşkilatlarında rəqəmsallaşma: problemlər və inkişaf perspektivləri” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans 29–30 aprel 2026-cı il tarixlərində UNEC Zaqatala filialında keçiriləcək.

Konfransın istiqamətləri:

  • Region müəssisə və təşkilatlarında rəqəmsallaşma
  • Region müəssisə və təşkilatlarında insan kapitalı və rəqəmsal savadlılıq səviyyəsinin araşdırılması

Məqalələrin tərtibinə dair tələblər:

Məqalənin həcmi:

  • Tələbə və magistrantlar üçün — 3 səhifədən (A4) çox olmamalıdır
  • Professor-müəllim heyəti, doktorantlar və digər iştirakçılar üçün — 6 səhifədən (A4) çox olmamalıdır

Şrift və format:

  • Times New Roman, 12 pt
  • Sətirarası interval: 1,5

 Kənar boşluqlar:

  • Sol: 25 mm
  • Sağ: 10 mm
  • Yuxarı və aşağı: 20 mm

Konfransın işçi dilləri: azərbaycan, türk, rus və ingilis dilləri

İstinad olunan ədəbiyyatın nömrəsi və səhifəsi mətn daxilində göstərilməlidir
(məsələn: 1, səh.15)

Məqalənin tərtibat ardıcıllığı:

  • Müəllifin adı, soyadı
  • Müəssisə və təşkilatın adı
  • E-mail ünvanı və telefon nömrəsi
  • Məqalənin adı
  • Xülasə (100–150 söz)
  • Açar sözlər (5–10 söz)
  • Mətn
  • Ədəbiyyat siyahısı
    (nümunə: Əsgərov Ş.G. “Tərəqqinin fəlsəfəsi”, UNEC EXSPERT, 2016, №2, səh. 6)

Təqdim olunan məqalələrdə elmi yenilik, səmərəlilik, praktiklik və faydalılıq kimi meyarların əks olunması vacibdir.

 Məqalələrin göndərilməsi üçün elektron poçt ünvanı: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Vacib tarixlər:
Məqalələrin qəbuluna başlanma tarixi: 1 mart, 2026
Məqalələrin son göndərilmə tarixi: 10 aprel, 2026
Konfrans proqramının yayımlanması: 23 aprel, 2026
Konfransın keçirilmə tarixi: 29–30 aprel, 2026

Əlaqə telefonu: 051 362 82 26 (X.Babayeva)
Sizi beynəlxalq elmi-praktiki konfransda iştirak etməyə dəvət edirik!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay