UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində (ISE) logistika şirkətləri ilə əməkdaşlıq çərçivəsində növbəti görüşlər təşkil olunub.
ISE Logistics Club tərəfindən təşkil edilən görüşlərdə logistika sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərin nümayəndələri tələbələrlə bir araya gələrək öz bilik və təcrübələrini bölüşüblər.
"Intransco LLC" şirkətinin nümayəndələri ilə keçirilən görüşdə şirkətin direktoru Ziya Mehdiyev və HR departamentinin rəhbəri Cəmilə Mirzəyeva iştirak edərək, tələbələrə logistika sahəsində karyera imkanları, real iş mühiti, sektorun aktual çağırışları və inkişaf perspektivləri barədə ətraflı məlumat veriblər. "LV Logistics Caspian" şirkətinin nümayəndələri – Bəylər Bəylərov, Nigar Bünyatova, Ümbül Xocayeva və Şahla Əhmədova ilə baş tutan görüşdə isə qarşılıqlı fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq imkanları müzakirə olunub. Sektorun peşəkarları qazandıqları təcrübələri və praktiki bilikləri bölüşərək tələbələrin suallarını cavablandırıblar.