A

UNEC-də keçirilən “Elm Günləri” akademik varislik və elmi irsə ehtiram missiyası ilə başlayıb.

İqtisad Universitetin simasını formalaşdıran, ömrünü elmə və təhsilə həsr etmiş UNEC-in 10 tanınmış professorunun xatirəsini əbədiləşdirmək məqsədilə onların yağlı boya ilə işlənmiş portretlərinin açılışı olub.

Rektor bildirib ki, bu təşəbbüs yalnız vizual bir layihə deyil, eyni zamanda UNEC-in akademik varisliyə və elmi irsə verdiyi yüksək dəyərdir.

Portretlər UNEC-in qocaman rəssamı Arif Bektaşi tərəfindən hazırlanıb.

Bildirilib ki, universitetin elmi simasını formalaşdıran şəxsiyyətlərə ehtiramın ifadəsi olan bu nəcib missiyanın davam etdirilməsi nəzərdə tutulur.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay