3–5 fevral 2026-cı il tarixlərində Milli Aviasiya Akademiyasında “Fevral Oxuları 2026: Aerokosmik problemlərin həllində gənclərin yaradıcı potensialı” mövzusunda XI Beynəlxalq Elmi-Praktik Gənclər Konfransı keçiriləcək.
Konfrans gənc alim və tədqiqatçıların elmi ideyalarının, tədqiqat nəticələrinin və innovativ yanaşmalarının təqdim edilməsi üçün beynəlxalq akademik platforma rolunu oynayır.
Tədbir plenar iclaslar və 11 bölmə üzrə paralel sessiyalardan ibarət olacaq. Məruzələr azərbaycan, ingilis və rus dillərində təqdim edilə bilər. Konfrans hibrid (onlayn və oflayn) formatda təşkil olunacaq.
Konfrans çərçivəsində dəyirmi masalar, master-klasslar və sərgilər keçiriləcək. Təqdim olunan bütün məruzələr konfrans materiallarında dərc ediləcək.