Sizi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təşkil edilən və 15-16 oktyabr 2026-cı il tarixlərdə Naxçıvan Dövlət Universitetində keçiriləcək Doktorantların və gənc tədqiqatçıların respublika elmi konfransında (NASCO 29) iştirak etməyə dəvət edirik.
Konfrans üçün məruzələrin tərtibi qaydası, təqdimetmə forması, müddəti və digər məlumatlarla https://nasco.ndu.edu.az/az/ saytında tanış ola bilərsiz.
Konfransda yalnız fəlsəfə doktoru proqramı üzrə doktoranturada təhsil alan şəxslər, eləcə də elm və ali təhsil müəssisələrində çalışan gənc alimlər (yaşı 35-dən çox olmayan və fəlsəfə doktoru elmi dərəcəsi olan) iştirak edə bilərlər.
UNEC doktorantlarının və gənc alimlərinin hazırladıqları məruzələrin plagiat yoxlaması UNEC tərəfindən ödənişsiz əsaslarla aparılır (plagiat yoxlamasına təqdim edilən məruzələrin məzmun və forması konfransın tələblərinə tam cavab verməsi şərtilə).
Konfransda iştirak canlı formadadır və iştirakçının 15-16 oktyabr 2026-cı il tarixlərdə Naxçıvan Dövlət Universitetində olması vacibdir.
Xülasə və ya tam mətni 11 sentyabr 2026-cı il məqalə və ya xülasələrin təqdim edilməsi üçün son tarix kimi müəyyən edilib.
Məqalə və ya xülasələrinizi konfransa mümkün qədər tez göndərməyinizi tövsiyə edirik.