A

Qazaxıstanın İnkluziv inkişaf fondu tərəfindən cari ilin 7-9 aprel tarixlərində onlayn formatda Mərkəzi Asiya üzrə ikinci Nobel festivalı (Central Asian Nobel Fest) keçiriləcək.

Tədbirdə tanınmış alimlərin və Nobel mükafatı laureatlarının iştirakı ilə iqtisadiyyat, sənaye və təhsildə müasir texnologiyaların və innovasiyaların inkişafı məsələləri müzakirə olunacaq. Eləcə də beynəlxalq ekspertlər, alim və Nobel mükafatı laureatlarının üzləşdiyi məsələlər ətrafında fikir mübadiləsi aparılacaqd. Müzakirə olunacaq məsələlər sırasında ağıllı şəhər, təhsilin transformasiyası və maliyyə imkanları mövzuları da yer almaqdadır. Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD)Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF), Google, Tvitter, Ford Motor, Bloom Energy kimi beynəlxalq qurumların təmsilçiləri də tədbirdə iştirak edəcəklər.

12-16 aprel 2021-ci il tarixlərində isə Nobel mühazirələri həftəsi olacaq. 6 Nobel mükafatı laureatçısının və beynəlxalq alimlərin iştirakı ilə Mərkəzi Asiya universitetləri üçün xüsusi mühazirələr təşkil olunacaq.

Tədbirdə iştirak ödənişsizdir.

Tədbirdə iştirak üçün linkhttps://nobel-fest.inpolicy.net/

Ətraflı məlumat: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

TOP XƏBƏRLƏR