×

Xəbərdarlıq

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder e4007fced64050105533db625a516a03-cache-page-008915b765750e68b71c0a95603efc74.php silmək alınmadı


A

Milli Məclisin Mədəniyyət komitəsində “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai müzakirə keçirilib.

Tədbirdə mədəniyyət naziri Adil Kərimli? Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Polad Bülbüloğlu, Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov, İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Fazil Mustafa, eləcə də aidiyyəti dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, ekspertlər və kitabxana rəhbərləri iştirak ediblər.

Müzakirələrdə Prezident Kitabxanası, Milli Kitabxana, Mərkəzi Elmi Kitabxana, UNEC, BDU və ADA Universitetinin kitabxana nümayəndələri iştirak ediblər. UNEC-i Kitabxana-İnformasiya Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Adilə Abdullayeva təmsil edib.

İctimai müzakirədə kitabxanaların rəqəmsallaşdırılması, vahid elektron kataloq sisteminin yaradılması və kitabxana şəbəkəsinin inteqrasiya olunmuş ekosistemə çevrilməsinin vacibliyi vurğulanıb. Çıxışçılar elektron kataloqların və virtual fondların zənginləşdirilməsi, kitabxana xidmətlərinin rəqəmsal müstəviyə keçirilməsi istiqamətində görüləcək işləri müzakirə ediblər.

Tədbirdə həmçinin kitabxana fondlarının müasirləşdirilməsi, aktuallığını itirmiş nəşrlərin dövriyyədən çıxarılması, elmi-kütləvi və tərcümə ədəbiyyatının artırılması, eləcə də region kitabxanalarının fəaliyyətinin optimallaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. İştirakçılar kitabxana sistemində həyata keçiriləcək islahatların bilik iqtisadiyyatının inkişafına və informasiya resurslarına çıxış imkanlarının genişlənməsinə mühüm töhfə verəcəyini qeyd ediblər.

TOP XƏBƏRLƏR