A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və idarəetmə fakültəsində dövlət qulluğunun təbliği və bu sahədə tələbələrin məlumatlandırılması məqsədilə maarifləndirici tədbir keçirilib.

UNEC-in “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının müəllimi Rəşad Əbilzadə tərəfindən “Sosial iş” ixtisasında təhsil alan tələbələrə dövlət qulluğunun inkişaf istiqamətləri, gənc mütəxəssislər üçün mövcud imkanlar və ali təhsil müəssisələrində aparılan maarifləndirmə fəaliyyətlərinin əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Tədbir çərçivəsində dövlət qulluğuna qəbul qaydaları, vakant vəzifələrin tutulması üçün müəyyən edilmiş ümumi tələblər, bu sahədə təqdim olunan elektron xidmətlər, eləcə də Dövlət İmtahan Mərkəzinin həyata keçirdiyi layihələr barədə praktiki məlumatlar təqdim olunub.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, dövlət qulluğunda karyera imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

TOP XƏBƏRLƏR