25 may tarixində SABAH İcra Komitəsinin təşkilatçılığı, Aqrar İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə UNEC SABAH mərkəzinin “Dayanıqlı inkişaf: Problemlər və perspektivlər - 2021/2022” mövzusunda növbəti beynəlxalq konfransı keçiriləcək.

Azərbaycanla yanaşı, Böyük Britaniya, Avstriya, Macarıstan, Polşa, İtaliya, Belorus, Almaniya, Çexiya, Estoniyadan 150-dək məqalənin təqdim olunduğu beynəlxalq konfransda dünyanın müxtəlif ölkələrinin alimləri, eləcə də xaricdə yaşayan SABAH məzunları iştirak edəcəklər. Konfransın plenar iclasında Kembric Universitetinin tədqiqatçısı və Praqa Təkmilləşdirmə İnstitutunun direktoru Vladim Strelsikovski, Budapeşt Texnologiya və İqtisadiyyat Universitetinin Sosial Bilimlər və İqtisadiyyat fakültəsinin dekan müavini professor Andras Bethlendi və Budapeşt Corvinus Universitetinin professoru Kata Baradi çıxış edəcək.

Baku Park İnn Hotelində saat 11.00-da təşkil olunacaq beynəlxalq konfransın işçi dili Azərbaycan və ingilis dilləridir.

ƏTRAFLI MƏLUMAT

KONFRANSIN PROQRAMI

TOP XƏBƏRLƏR