Prioritet istiqamətlər üzrə təhsilin inkişafına xidmət edən ictimai iştirakçılığın təmin edilməsi  məqsədilə Təhsil Nazirliyi “2021/2022-ci illərdə təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi elan edir.

Müsabiqə fondunun büdcəsi 500 000 (beş yüz min) manat təşkil edir.

Müsabiqəyə təqdim olunan layihə təklifləri aşağıdakı prioritet istiqamətlərdən birini əhatə etməlidir:

  1. Ümumi təhsil müəssisələrində psixoloji mühitinin yaxşılaşdırılması istiqamətində innovativ metodların tətbiqi;
  2. Ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri arasında ictimai fəallığın təşviqi;
  3. Gənc tədqiqatçıların apardığı elmi araşdırmaların və bu istiqamətdə yeni əməkdaşlıq münasibətlərinin dəstəklənməsi məqsədilə açıq beynəlxalq elm platformalarının (ing: Open Science Platform) təbliği;
  4. Region müəllimlərinin yumşaq və texniki vərdiş bacarıqlarının (soft/hard skills) inkişafı və onların təhsil sahəsində tətbiqi üzrə təşəbbüslər.

Müsabiqə iştirakçılarına verilən tələblər:

  1. Müsabiqə iştirakçısı Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış qeyri- hökumət təşkilatı olmalı və aşağıdakı sənədləri təqdim etməlidir:
  • Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatının reyestr çıxarışının surəti;
  • Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti;
  • Qeyri-hökumət təşkilatının Nizamnaməsinin surəti;
  • Qeyri-hökumət təşkilatının rəhbərinin şəxsiyyət vəsiqəsinin surəti;
  • Qeyri-hökumət təşkilatının VÖEN-nin surəti.
  1. Müsabiqədə iştirak etmək üçün qeyri-hökumət təşkilatının müvafiq təhsil sahəsi üzrə 3 illik təcrübəsi olmalı və bunun təsdiqi kimi təşkilat haqqında qısa arayış, son 3 il ərzində yerinə yetirdiyi xidmətlər və müqavilələr, həmçinin bu məlumatları təsdiq etmək məqsədi ilə müraciət edilə biləcək sifarişçi təşkilatların (şəxslərin) əlaqə məlumatları təqdim edilməlidir.

Müsabiqəyə təqdim olunan layihə təkliflərinə verilən tələblər:

1. Layihə təklifi aşağıdakı sənədlərdən ibarət olmalıdır:

  • Layihə təklifi forması (formaya uyğun olaraq);
  • Layihənin xərclər smetası (formaya uyğun olaraq);
  • Layihənin icra planı (formaya uyğun olaraq);

2. Layihəyə rəhbərlik edəcək şəxsin və əsas işçi heyətinin, həmçinin layihə çərçivəsinə cəlb ediləcək əməkdaşların tərcümeyi-halı (CV).

3. Müsabiqəyə təqdim ediləcək layihə təklifi üzrə fəaliyyət 3 aydan 9 ayadək müddəti əhatə etməlidir.

4. Müsabiqəyə təqdim ediləcək layihə təklifinin büdcəsi maksimum 350 000 (üç yüz əlli min) manatadək təşkil etməlidir.

5. Hər bir iştirakçı müsabiqəyə yalnız bir layihə təklifi təqdim edə bilər.

Müsabiqəyə təqdim olunan layihə təkliflərinin qiymətləndirilməsi üçün meyarlar:

  1. Layihənin əsaslandırılması, məqsəd və vəzifələrinin müsabiqə istiqamətlərinə uyğunluğu;
  2. Planlaşdırılmış fəaliyyətlərin reallığı, layihənin məqsəd və vəzifələrinə, gözlənilən nəticələrinə uyğunluğu;
  3. Layihənin faydalılığı;
  4. Layihənin maliyyə səmərəliliyi;
  5. Layihənin monitorinqi və qiymətləndirilməsi, risklərinin idarə olunması metodologiyasının səmərəliliyi;
  6. Layihənin davamlılığı.

Müsabiqə fondunun büdcəsinə sığan və qeyd olunan meyarlar üzrə qiymətləndirmə nəticəsində ən yüksək bal toplamış layihələrə qrantların verilməsi nəzərdə tutulur.

Müsabiqənin müddəti: Müsabiqədə iştirak üçün müraciət sənədləri 05 - 18 oktyabr 2021-ci il tarixlərində elektron formada Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanı üzərindən qəbul edilir.

Layihələrin qəbulu üçün son tarix: 18 oktyabr 2021-ci il, saat 21:00
Ünvan: Bakı şəhəri, Xətai 49
Telefon: 012 599 11 55 (5231)
Elektron poçt: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay