A

UNEC Karyera mərkəzinin və Expressbank ASC-nin birgə təşkilatçılığı ilə UNEC-in bakalavr və magistrləri üçün “Gənc bankirlər” təlimləri keçirilir.

Expressbankın “Express Maarifləndirmə” layihəsi çərçivəsində proqrama əsasən tələbələr bankın fəaliyyəti ilə tanış olublar. Həmçinin ödəniş vasitələri, satış və xidmət texnologiyaları, müştəri münasibətləri, işə qəbul prosesi barədə məlumatlandırılıblar.

Bank sektoru haqqında praktiki biliklər əldə etmiş tələbələr təqdimatlar çərçivəsində real satış da həyata keçiriblər.

Tələbələrə gələcək karyera planlaması ilə bağlı tövsiyələr verilib, müsahibələrə hazırlıq, işgüzar görüşlərdə davranış üslubları haqqında fikir  mübadiləsi aparılıb.

Təlimlər oktyabrın 27-dək davam edəcək.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay