UNEC Karyera Mərkəzi, İqtisadiyyat və idarəetmə fakültəsinin birgə təşkilatçılığı ilə Biznesin İnkişafı Tədris Mərkəzi tərəfindən tələbələr üçün “Təhsildən işgüzar həyata” adlı təlim keçirilib.
Təlimdə “Pasha Property” MMC-nin İnsan resursları üzrə direktoru Jalə Mürsəlova tələbələrə peşəkar iş dünyasına ilk addımlar, qarşıya çıxacaq maneələr və onların aradan qaldırılması, tələb olunan səriştələr barədə ətraflı məlumat verib.