A

UNEC Dizayn Məktəbinin “Dizayn” kafedrasının müəllimləri Xanım Əzizova və Şəhla Şərifli Yasamal rayonunda yerləşən 158 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri ilə görüş keçiriblər.

Görüş zamanı şagirdlərə UNEC-in bakalavr səviyyəsində təqdim olunan təhsil proqramları, beynəlxalq reytinqlərdəki mövqeyi, müasir tədris infrastrukturu, fakültə və ixtisas seçimi imkanları, tədris prosesinin təşkili və imtahan sistemi barədə ətraflı məlumat verilib. Eyni zamanda təqaüd proqramları, tələbə mübadiləsi imkanları və beynəlxalq ikili diplom layihələri də iştirakçıların diqqətinə çatdırılıb.

Tədbir çərçivəsində “Bir pəncərə” xidməti, Kitabxana-İnformasiya Mərkəzi, tələbə təşkilatları və Yaradıcılıq Mərkəzinin fəaliyyəti barədə də məlumat təqdim olunub, şagirdlərin sualları ətraflı cavablandırılıb.

Daha sonra UNEC Dizayn Məktəbində tədris prosesi, ixtisas istiqamətləri, təşkil olunan sərgilər və müxtəlif tədbirlər, eləcə də dizayn sahəsində praktiki bacarıqların inkişaf etdirilməsi imkanları haqqında təqdimat edilib. Bu hissə şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay