A

ZirvədəSən - PAŞA Bank tərəfindən keçirilən 3 aylıq ödənişli təcrübə proqramıdır. Bu proqramda seçdiyiniz sahə üzrə real iş mühitini yaxından tanımaq, praktiki tapşırıqlar üzərində çalışmaq və peşəkar bacarıqlarını inkişaf etdirmək imkanı əldə edirsən.

Karyerasında yeni zirvə fəth etmək istəyən tələbə və yeni məzunlar seçdikləri sahə üzrə təcrübə keçəcək və korporativ iş mühiti ilə yaxından tanış olacaqlar.

Təcrübə proqramı 3 ay davam edəcək, təcrübəçilər təlim və mentorluq dəstəyi əldə edəcək. İştirakçılar təcrübə müddətində aylıq ödənişlə təmin olunacaqlar.

📅 Qeydiyyat üçün son tarix: 15.05.2026

Karyeranızda zirvəyə doğru ilk addımı atmaq üçün linkə keçid edin: https://internship.pashabank.az

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay