Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsi və UNEC İdman Klubunun birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş fakültələrarası “Voleybol Turniri” keçirilib.
Turnirin keçirilməsində əsas məqsəd tələbələr arasında sağlam həyat tərzinin təşviqi, komanda ruhunun gücləndirilməsi və idmana marağın artırılması olub.
Gərgin və rəqabətli mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən qaliblər aşağıdakı kimi müəyyən edilib:
I yer – “Kapibara” komandası (Rus İqtisad Məktəbi)
II yer – “BVB” komandası (Rus İqtisad Məktəbi)
III yer – “Difai” komandası (Türk Dünyası İqtisad Fakültəsi)
Turnirin sonunda qalib komandalar UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi və UNEC İdman Klubu tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.