UNEC-də aparılan abituriyentlərlə sistemli təbliğat görüşləri çərçivəsində UNEC Rus İqtisad Məktəbinin nəzdində fəaliyyət göstərən “Tətbiqi iqtisadiyyat” kafedrasının baş müəllimi Zümrüd Nəcəfova N.Axundov adına 1 nömrəli tam orta məktəbin XI sinif şagirdləri ilə görüş keçirib.
Görüş zamanı Z.Nəcəfova müasir iqtisadçıların yalnız nəzəri biliklərlə kifayətlənmədiyini, eyni zamanda real məlumatlarla işləməyi, bazar proseslərini təhlil və proqnozlaşdırmağı, biznes və dövlət qurumları üçün effektiv həllər hazırlamağı bacaran peşəkar mütəxəssislər olduğunu vurğulayıb. O, həmçinin UNEC-də təhsil almağın üstünlüklərindən danışaraq, universitetdə tətbiq olunan innovativ tədris metodları, beynəlxalq mübadilə proqramları və tələbələr üçün yaradılan geniş imkanlar barədə ətraflı məlumat verib.