A

UNEC Dizayn Məktəbinin “Dizayn” kafedrasının müəllimləri Xanım Əzizova və Nuray Qasımova Yasamal rayonunda yerləşən Telman Abbasov adına 225 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri ilə görüş keçiriblər.

Görüş zamanı şagirdlərə UNEC-in bakalavr proqramları, beynəlxalq reytinqlərdəki mövqeyi, müasir tədris mühiti, fakültə və ixtisas seçim imkanları, həmçinin tədris prosesinin təşkili və imtahan qaydaları barədə ətraflı məlumat verilib. Eyni zamanda təqaüd imkanları, tələbə mübadilə proqramları və beynəlxalq ikili diplom layihələri haqqında da geniş təqdimat olunub.

Tədbirdə “Bir pəncərə” xidməti, Kitabxana-İnformasiya Mərkəzi, tələbə təşkilatları və Yaradıcılıq Mərkəzinin fəaliyyəti də təqdim edilib, iştirakçıların sualları cavablandırılıb.

Daha sonra UNEC Dizayn Məktəbində tədris prosesi, ixtisas istiqamətləri, keçirilən sərgilər və müxtəlif yaradıcılıq tədbirləri barədə məlumat verilib. Dizayn sahəsində praktiki bacarıqların inkişafına yaradılan imkanlar şagirdlərin xüsusi marağına səbəb olub.

Sonda şagirdlərin sualları cavablandırılıb, görüş qarşılıqlı fikir mübadiləsi şəraitində yekunlaşıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay