A

Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) regionlarda tanıtmaq, bölgələrdə təhsil alan bacarıqlı və savadlı abituriyentləri universitetə cəlb etmək məqsədilə təşkil olunan növbəti səfər zamanı əməkdaşlar Sumqayıt şəhərinin 1,3,4,5,11 saylı  məktəblərində,  eləcə də Zaqatala, Şəki, Balakən, Qax, Tovuz rayonlarının orta məktəblərində olublar.

UNEC-in Mühəndislik və tətbiqi elmlər kafedrasının dosentləri Elza Omarova və Günəş Nəsrullayeva Sumqayıt şəhərinin 4, 5, 11 saylı məktəblərində, kafedranın professoru Məhəmmədəli Nuriyev və müəllimi Gülnarə Məmmədova 1, 3 saylı məktəblərində, Rəqəmsal İqtisadiyyat fakültəsinin dekan müavini Ramal Cabbarov, dosentlər İbrahim Quliyev, Xalıq Aslanov, Mövlud Hüseynov Tovuz şəhər məktəblərində, Biznesin idarə edilməsi kafedrasının müəllimi Ayaz Tağıyev, Rus İqtisad Məktəbinin müəllimi Yaşar Dəmirov, Beynəlxalq iqtisadiyyat kafedrasının (ingilis dilli) müəllimi İsrafil İsgəndərov Qax, Zaqatala, Balakən rayonlarının və Şəki şəhərinin məktəb, lisey komplekslərində şagirdlərlə görüşüblər.

Görüşdə yuxarı sinif şagirdlərinə UNEC-in təhsil imkanları barədə geniş məlumat verilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb, bukletlər paylanılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay