UNEC-in Mühəndislik fakültəsinin “Mühəndislik və tətbiqi elmlər” kafedrasının “Elektrik və elektronika mühəndisliyi” ixtisasının dosenti Aytən Niyazova Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziya və “İstedad” liseyində şagirdlərlə görüş keçiriblər.
Görüş zamanı UNEC-in tarixi, mövcud ixtisaslar, universitetdə tədris prosesinin tam elektronlaşdırılması, tələbələrin qiymətləndirilməsi və davamiyyətin elektron jurnal vasitəsilə aparılması, imtahanların elektron platforma üzərindən keçirilməsi barədə ətraflı məlumat verilib. Eyni zamanda, UNEC-in QS, THE və Webometrics kimi beynəlxalq reytinqlərdə ölkə universitetləri arasında ön sıralarda yer aldığı və ildən-ilə mövqeyini yaxşılaşdırdığı diqqətə çatdırılıb.
Abituriyentlərə SABAH qrupları, Universitet Daxili İkili Diplom (UDİD) proqramı, beynəlxalq mübadilə imkanları, TOP-15 proqramı və 600-dən çox bal toplayan tələbələr üçün əlavə təqaüdlər haqqında da məlumat verilib. Bununla yanaşı, tələbə təşkilatları, elektron kitabxana, yaradıcılıq mərkəzi, idman klubu, biznes mərkəzi, startap və innovasiya imkanları təqdim olunub.
Daha sonra Mühəndislik fakültəsində “Sənaye mühəndisliyi”, “Materiallar mühəndisliyi”, “Maşın mühəndisliyi”, “Ekologiya mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi” və “Qida mühəndisliyi” (Türkiyənin Ege Universiteti ilə ikili diplom proqramı daxil olmaqla) ixtisasları və onların üstünlükləri barədə məlumat verilib.
Sonda abituriyentləri maraqlandıran suallar cavablandırılıb.