A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev və fəal tələbələr Hədəf kurslarının Sumqayıt filialında abituriyentlərlə görüşüblər.

Görüşdə abituriyentlərə Universitetin və fakültənin infrastrukturu, tədris olunan ixtisaslar, UNEC-də tətbiq edilən təhsilin idarəetmə sistemi, akademik təqvim, tədris prosesinin və imtahanların təşkili, həyata keçirilən təqaüd, mübadilə və beynəlxalq ikili diplom, UDİD və MİNOR proqramları, “Bir pəncərə” xidməti, Kitabxana-İnformasiya Mərkəzi, fəaliyyət göstərən tələbə təşkilatları və s. barədə ətraflı məlumat verilib. Abituriyentlər “UNEC-də bir gün” layihəsində iştirak etməyə dəvət olunublar.

Sonda abituriyentləri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay