×

Xəbərdarlıq

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder e4007fced64050105533db625a516a03-cache-page-da4f5aa586928271682922dc7def0ca0.php silmək alınmadı


A

“UNEC-i tanı” layihəsinin iştirakçıları “Dərs evi” tədris mərkəzinin abituriyentləri olub.

II ixtisas qrupları üzrə hazırlaşan 10-11-ci sinif şagirdlərinə UNEC-də bu istiqamət üzrə mövcud olan fakültə və ixtisaslar barədə ətraflı məlumat verilib. UNEC-in xüsusi təqaüd, ikili diplom, mübadilə proqramlarının tələbələrə qazandırdığı üstünlüklərdən bəhs olunub.

Mərkəzin abituriyentləri üçün UNEC-də infotur da təşkil olunub. Onlar oxu zalı, 24/7 kitabxanası, müasir texniki avadanlıqlarla təchiz olunmuş auditoriyalar, akt zalları, tələbə yeməkxanası, UNEC Radio, Extern Mərkəzi ilə tanış olublar. 24/7 kitabxanasının müdiri Arzu Məmmədova, Extern Mərkəzinin əməkdaşları abituriyentlərlə görüşərək, universitet haqqında əlavə məlumat veriblər, onların suallarını cavablandırıblar.

“UNEC-i tanı” layihəsində iştirak etmək istəyənlər 492-60-43 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.

TOP XƏBƏRLƏR