Scopus, nüfuzlu elmi nəşr platforması olaraq, nəşrlərin akademik təsirini və keyfiyyətini qorumaq məqsədilə mütəmadi olaraq bazasındakı jurnalları monitorinq edir və onların indekslənməsi ilə bağlı yeni qərarlar qəbul edir.
2025-ci ilin dekabr ayında, nəşrlərdə qeyri-qanuni fəaliyyət, anormal istinad davranışı, redaksiya siyasətində pozuntular, peer review prosesi və etik standartlarla bağlı uyğunsuzluqlar aşkar edildiyi üçün bir sıra jurnalların Scopus bazasında indekslənməsi dayandırılmışdır.
Belə ki, istənilən istifadəçi Elsevier Scopus rəsmi səhifəsi vasitəsilə “Download the Source title list (includes discontinued sources list)” siyahısını yükləyərək:
- Bazaya yeni əlavə olunan jurnallar (Accepted Titles Dec. 2025)
- İndekslənməsi dayandırılan jurnallar (Discontinued Titles Dec. 2025)
barədə məlumat əldə edə bilər. Siyahının (Discontinued Titles Dec. 2025) 4-cü sütununda jurnalın ən son indekslənmiş cildi göstərilmişdir və bundan sonrakı cildlər Scopus bazasında indekslənməyəcəkdir.
Ümumilikdə, 2009-cu ildən indiyədək Scopus bazasından 1,095 elmi nəşr kənarlaşdırılmış, bunlardan 108-i 2025-ci ilə aiddır.
2025-ci ilin dekabr ayında kənarlaşdırılan jurnallar:
- Bulletin of Stomatology and Maxillofacial Surgery
- Data y Metadata
- European Journal of Pure and Applied Mathematics
- Health Leadership and Quality of Life
- International Journal of Basic and Applied Sciences
- International Journal of Intelligent Engineering Informatics
- Iraqi Journal of Veterinary Sciences
- Journal of Applied Bioanalysis
- Jurnal Ilmiah Ilmu Terapan Universitas Jambi
- LatIA
- Management (Montevideo)
- Metaverse Basic and Applied Research
- Open Bioinformatics Journal
- Salud, Ciencia y Tecnologia
- Salud, Ciencia y Tecnologia - Serie de Conferencias
- Sapienza: International Journal of Interdisciplinary Studies
- Seminars in Medical Writing and Education