Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes və menecment fakültəsində korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində tələbələr üçün maarifləndirici seminar təşkil olunub.
Tədbirin keçirilməsində əsas məqsəd gənclər arasında antikorrupsiya mədəniyyətinin formalaşdırılması və bu sahədə hüquqi maarifləndirmə işinin gücləndirilməsi olub. Tədbiri giriş sözü ilə açan Biznes və menecment fakültəsinin katibi Elxan Salayev müasir cəmiyyətdə şəffaflığın və idarəetmədə dürüstlüyün əhəmiyyətindən tələbələr qarşısında ətraflı çıxış edib.
Daha sonra əsas məruzəçi qismində UNEC-in Hüquq şöbəsinin hüquq məsləhətçisi Mayis Sadıqov “Korrupsiyaya qarşı mübarizənin hüquqi əsasları” mövzusunda geniş məruzə ilə çıxış edib. Çıxış zamanı korrupsiya hüquqpozmalarının növləri, onlara qarşı tətbiq edilən hüquqi məsuliyyət tədbirləri və gənclərin bu kimi neqativ hallarla qarşılaşdıqları təqdirdə ata biləcəyi qanuni addımlar xüsusi qeyd olunub.
Seminarın yekununda tələbələri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında qarşılıqlı müzakirələr aparılıb.