A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə“Pandemiya dövründə Azərbaycanda universitet kitabxanalarının fəaliyyəti” mövzusunda onlayn vebinar keçirilib.

Onlayn vebinarda respublikanın aparıcı universitetlərindən - Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, ADA Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Texniki Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti, Qərbi Kaspi Universiteti və ölkənin digər ali təhsil müəssisələrinin kitabxana rəhbərləri, səriştəli kitabxana mütəxəssisləri iştirak ediblər.

Vebinarda moderatorluq edən UNEC Kitabxana İnformasiya Mərkəzinin direktoru, tar.ü.f.d. Adilə Abdullayeva “Sosial izolyasiya şəraitində UNEC-in onlayn informasiya-resurs təminatı: mövcud vəziyyət, imkanlar və perspektivlər” mövzusunda məruzə ilə çıxış edib.O, karantin dövründə UNEC-in təhsilalanları, professor-müəllim heyətinin informasiya tələbatını ödəmək üçün müxtəlif dillərdətəqdim edilən elektron resurslar, onlayn kitabxana xidmətləri, kitabxana əməkdaşlarının sosial şəbəkələrdə fəallığı barədə məlumat verib.UNEC KİM-in pandemiya dövründə fəaliyyəti, oxucu sorğularının cavablandırılması istiqamətində görülən tədbirlər vebinar iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Sonra digər universitetlərin kitabxanalarının rəhbərlərinin müxtəlif mövzularda məruzələri dinlənilib. Məruzələrdə bütün dünyada hökm sürən pandemiya dövründəali təhsil müəssisələrində həyata keçirilən distant təhsilin informasiya resurs təminatı məsələlərindən, oxuculara təqdim edilmiş onlayn və virtual xidmətlər, beynəlxalq məlumat bazaları ilə iş, elektron sənəd mübadiləsi, müəlliflik hüquqlarının yaratdığı çətinliklərdən və sosial şəbəkələrdə universitetin informasiya xidmətləri ilə bağlı paylaşımların əhəmiyyətindən bəhs edilib. Sosial izolyasiya şəraitində universitet kitabxanaları arasında e-resurs mübadiləsinin təşkili məqsədilə elektron kitabxanalararası abonement xidmətinin aktuallığı qeyd olunub, xidmətin yaratdığı imkanlar və mövcud problemlər də müzakirə edilib.

Sonda pandemiyadan sonrakı dövrdə də universitet kitabxanalarında yeni formatda və yeni onlayn xidmətlərin aktuallığı vurğulanıb, ortaq elektron resursların yaradılması, kitabxanalararası elektron sənəd mübadiləsinin təşkili, ortaq layihələrin hazırlanması və “onlayn kitabxana” modelinin daha da inkişaf etdirilməsi ilə bağlı təkliflər səsləndirilib.

TOP XƏBƏRLƏR