UNEC-də Future17 SDG Challenge proqramı çərçivəsində mentorlarla tanışlıq və rəsmi görüşlər təşkil olunub.
İlk görüşdə UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) mütəxəssisi, Future17 layihəsinin UNEC üzrə akademik mentoru Fəridə Babayeva komandaya yeni qoşulmuş akademik mentorlar üçün daxili tanışlıq sessiyası keçib. Görüşdə layihənin inkişaf mərhələləri, mentorlarla komandalar arasında əməkdaşlıq prinsipləri, layihələrin seçilməsi və mentorların təyinatı qaydası barədə məlumat verilib. Həmçinin proqram çərçivəsində istifadə olunan platforma və alətlər haqqında məlumat təqdim olunub.
Növbəti gorüşdə Future17 proqramının rəhbərliyi tərəfindən UNEC mentorları üçün onlayn görüş keçirilib. Sessiyada Future17 proqramının rəhbəri, Zoya Zaitseva, eləcə də Exeter Universitetinin Tətbiqi Sahibkarlıq üzrə müəllimi və proqram meneceri Hollie Kirk çıxış ediblər.
Görüşdə mentorların layihələrdə rolu, proqramın strukturu və mərhələləri, hesabat mexanizmi, tələbələrin onlayn mühitdə aktiv iştirakı, universitetlərarası əməkdaşlıq və yeni təşəbbüslər müzakirə olunub.
İnteraktiv formatda keçən sessiyada, iştirakçıların sualları cavablandırılıb.