A

UNEC-in 90 illiyi və tədris prosesi iştirakçılarının motivasiyasının artırılması tədbirləri çərçivəsində İqtisadiyyat fakültəsi “İqtisadiyyatın tənzimlənməsi” kafedrası “İqtisadçı” Tələbə Elmi Klubunun təşkilatçılığı ilə məzunlarla növbəti onlayn görüş təşkil olunub.

Budəfəki görüşdə hazırda Türkiyənin İstanbul Universitetində təhsil alan UNEC-in SABAH fakültəsinin iqtisadiyyat ixtisası üzrə məzunu Qoşqar Məmmədov “Pandemiyanın Türkiyə iqtisadiyyatına təsiri və antiböhran tədbirləri” mövzusunda çıxış edib. O, Türkiyədəki mövcud iqtisadi durum barədə məlumat verərək, hökumətin pandemiyaya qarşı apardığı mübarizə istiqamətlərindən danışıb.

Onlayn seminara qoşulan fakültənin dekanı dos. Asiman Quliyev məzunlarla təşkil olunan görüşlərin əhəmiyyətindən söz açaraq, belə görüşlərin müəllim və tələbələrəin motivasiyasının artırılmasına da müsbət təsir edəcəyini bildirib.

Qeyd edək ki, İqtisadiyyat fakültəsinin baş mentoru, gənc müəllim Zeynəb Qiyasovanın təşəbbüsü ilə start verilən layihə çərçivəsində dünyanın müxtəlif ölkələrində yaşayan, təhsillərini davam etdirən UNEC məzunları ilə vaxtaşırı elmi görüşlər təşkil olunacaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay