A

UNEC-in 90 illik tədbirləri çərçivəsində ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan məzunlarla müəllim- tələbə heyətinin onlayn görüşləri davam etdir.

İqtisadiyyat fakültəsinin təşkilatçılığı ilə keçirilən ilə növbəti görüş Milli Məclisin komitə sədri, UNEC-in dosenti Sadiq Qurbanov ilə keçirilib. Fakültə dekanı, dos. Asiman Quliyev UNEC-in 90 illiyi çərçivəsində uğurlu məzunlarla keçirilən görüşlərin tədris prosesi iştirakçılarının motivasiyasının artırılması istiqamətində faydalı olacağını bildirib.

“Azərbaycan ekosisteminin əsas problemləri” mövzusunda çıxış edən Milli Məclisin Ekologiya, Energetika və Təbii Sərvətlər Komitəsinin sədri Sadiq Qurbanov ölkəmizin əsas ekoloji problemlərindən bəhs edib, komitənin yaxın gələcəkdə bu istiqamətdə qarşıya qoyduğu vəzifələrdən danışıb.

“Ətraf mühitin mühafizəsi və idarə edilməsi” kafedrasının müdiri, dosent Validə Mehdiyeva kafedranın apardığı tədqiqatların, təklif və tövsiyələrinin ölkənin ekoloji təhlükəsizliyinin təmin olumasında faydalı ola biləcəyini və bu sahədə əməkdaşlığın zəruri olduğunu diqqətə çatdırıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay