A

UNEC-in 90 illik yubileyi çərçivəsində Kitabxana İnformasiya Mərkəzi tərəfindən müəllimlərin və tələbələrin iştirakı təşəkkürnamə və fəxri diplomların təqdimatı ilə bağlı onlayn görüş keçirilib.

Görüşdə Kitabxana İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva kitabxananın layihələrində fəal iştirak edən, tədbirlərində yaxından köməklik göstərən, kitabxanada könüllü çalışan tələbələrin fəaliyyəti barədə danışıb, UNEC KİM fondunun, eləcə də elektron resurslarının zənginləşməsində öz əməyini əsirgəməyən müəllimlərimizdən danışıb. Həmçinin kitabxananın inkişafına diqqət göstərən ziyalıların və millət vəkillərinin dəstəyini yüksək qiymətləndirərək, “Kitabxana dostları” haqqında iştirakçılara məlumat verib.

Görüşdə “19 İyun - UNEC Günü” münasibəti ilə fəxri diplomlar və təşəkkürnamələrlə təltif edilmiş tələbələrin adları açıqlanıb.

“Kitabxana dostları” nominasiyasında millət vəkilləri Etibar Əliyev və Vüqar Bayramova, “Beynəlxalq İqtisadiyyat” kafedrasının müəllimi, SABAH mərkəzinin rəhbər müavini Rövşən Camalova, Karyera Mərkəzinin direktoru Ramil Cabbarova, “Texnoloji maşınlar və sahə avadanlıqları” kafedrasına müəllimi Elnur Hüseynzadəyə təşəkkürnamə təqdim edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay