A

Mühəndislik fakültəsinin və fakültə Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan ədəbi-bədii tədbir keçirilib. Tədbirdə fakültənin müəllim və tələbə heyəti edib.

Tədbirdən öncə Dövlət Himni səsləndirilib, ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Fakültə üzrə TGT sədri Aytac Əhmədzadə tədbiri açıq elan etdikdən sonra, sonra fakültənin tələbəsi Arzu Seyidova ümummilli lider Heydər Əliyev haqqında təqdimatla çıxış edib.

Tədbirin bədii hissəsində tələbələr Sahib Fərzəliyev, Nadir Muradov və İsmayıl Abbasov "Ulu bir sərkərdə, ulu bir öndər", "Sönməz əbədidir Heydər Əliyev", “Heydər Əliyevə həsr olunmuş” şeirlərini səsləndiriblər.

Sonda ulu öndərin zəngin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay