A

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” mövzusunda beynəlxalq Gənclər Forumunda UNEC tələbələri də iştirak ediblər.

Forumda 17 ölkədən gənc diplomatlar, tədqiqatçılar, beynəlxalq hüquq və səhiyyə sahələri üzrə mütəxəssislər, gənclər təşkilatlarının nümayəndələri və tələbələr bir araya gəliblər. Tədbir çərçivəsində kolonializm və neokolonializmin müasir dövrdə yaratdığı fəsadlara qarşı mübarizədə gənclərin rolu, beynəlxalq əməkdaşlıq və həmrəylik mexanizmlərinin gücləndirilməsi məsələləri müzakirə olunub.

İştirakçılar müstəmləkəçiliyə məruz qalmış ərazilərdə öz müqəddəratını təyinetmə prosesinin dəstəklənməsi, dekolonizasiya proseslərinin sürətləndirilməsi və bu sahədə mövcud çağırışlar ətrafında fikir mübadiləsi aparıblar.

Forumda UNEC-də təhsil alan Müqəddəs Lusiya, Mozambik, Keniya, Somali, Əlcəzair, Qambiya və Mərakeş vətəndaşı olan tələbələr ölkəmizi və universiteti təmsil edərək müzakirələrdə fəal iştirak ediblər. Tədbir tələbələrin beynəlxalq mühitdə təcrübə qazanması, qlobal problemlər ətrafında fikir mübadiləsi aparması və yeni əməkdaşlıq əlaqələri qurması baxımından əhəmiyyətli olub.

TOP XƏBƏRLƏR