A

“Həftənin kitabı” layihəsi bu buraxılışında “Multimedia texnologiyaları. Mühazirə materialları və testlər” kitabını təqdim edir.

Kitabın müəllifləri UNEC-in “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının akademik heyəti dosentlər Təranə Əliyeva, Mətləb Əlizadə və baş müəllim Reyhan Əzizovadır.

Dərs vəsaitində multimedia texnologiyaları, qrafik redaktorlar, müxtəlif formatlar və laboratoriya işləri təqdim edilib. Həmçinin, kitab müasir multimedia texnologiyalarından istifadənin mahiyyəti, xüsusiyyətləri, mühüm sayılan məqsədəuyğun istiqamətləri və metodları haqqında nəzəri və praktiki biliklərin sistemləşdirilməsindən bəhs edir.

“Multimedia texnologiyaları. Mühazirə materialları və testlər” kitabı 2023-cü ildə “İqtisad Universiteti” nəşriyyatında çapdan çıxıb. Kitab 484 səhifədir. Oxucu-istifadəçilər dərs vəsaiti ilə UNEC KİM-in 24/7 və bütün kitabxanalarında yaxından tanış ola bilərlər.

TOP XƏBƏRLƏR