A

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Azərbaycan gəncliyinin formalaşmasında və inkişafında Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib.

Konfransda AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov, Azərbaycan Dövlət İqtisad Universitetinin THİK sədri İlkan Əliyev, UNEC-in magistratura səviyyəsində təhsil alan, Vətən müharibəsi iştirakçısı qazi Xəyyam Qədiməliyev , 24 Universitetin THİK sədrləri və fəal tələbələr iştirak ediblər.

Tədbirin əvvəlində iştirakçıları salamlayan AHİK sədri Səttar Möhbalıyev Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu dövlətimizin gənclər siyasətindən danışıb, onun həm sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə, həm də müasir müstəqil Azərbaycanın Prezidenti olarkən gənclərə göstərdiyi diqqət və qayğısından  bəhs edib.

Konfransda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) magistratura pilləsində təhsil alan, Vətən müharibəsi iştirakçısı Xəyyam Qədiməliyev keçdiyi döyüş yolu, yaralanması və hərbçilərimizin çətin tapşırıqların öhdəsindən necə məharətlə gəlməsindən söz açıb.

Tədbirdə çıxış edən UNEC THİK-in nümayəndəsi Nigar Hüseynzadə ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən danışıb, gənclərin üzərinə düşən mühüm vəzifələrdən bəhs edib. Həmçinin tələbələrdə milli-vətənpərvərlik hisslərinin artırılmasında, 44 günlük Vətən müharibəsindən sonrakı və əvvəlki dövrlərdə UNEC THİK - in gördüyü işlər haqqında məlumat verib. 

Konfransın gedişində universitetlərarası futbol, voleybol və intellektual yarışlar keçirilib. intellektual yarışda UNEC-in komandaları birinci yerin qalibi olub.

TOP XƏBƏRLƏR