A

Ramazan ayı münasibətilə əlilliyi olan şəxslər və şəhid ailələri üçün xüsusi tədbir təşkil olunub.

Tədbir “Biz Bir Ailəyik” əlilliyi olan şəxslərə dəstək İctimai Birliyi və UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı, UNEC Yaradıcılıq Mərkəzinin tərəfdaşlığı ilə baş tutub.

Tədbirin əsas məqsədi cəmiyyətin həssas qruplarına diqqət və qayğının artırılması, onların sosial həyata daha fəal inteqrasiyasının dəstəklənməsi, eyni zamanda Ramazan ayının birlik, mərhəmət və paylaşma kimi ali dəyərlərinin təşviqi olub.

Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən “Biz Bir Ailəyik” əlilliyi olan şəxslərə dəstək İctimai Birliyinin sədri Günay Ağazadə bu cür sosial layihələrin cəmiyyət üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, belə təşəbbüslər insanlar arasında həmrəylik və qarşılıqlı dəstəyi gücləndirir.

Milli Məclisin deputatı Vüqar İsgəndərov çıxışında sosial layihələrin davamlılığının vacibliyini diqqətə çatdırıb, xüsusilə şəhid ailələrinə və əlilliyi olan şəxslərə göstərilən diqqətin dövlət və cəmiyyət üçün prioritet istiqamətlərdən biri olduğunu bildirib.

Tədbir çərçivəsində iştirakçılar üçün iftar süfrəsi təşkil olunub. Ardınca fiziki məhdudiyyətli iştirakçıların ifasında təqdim olunan bədii proqram tədbirə xüsusi rəng qatıb. Onların musiqi və rəqs nömrələri qonaqlar tərəfindən böyük maraq və alqışla qarşılanıb.

Sonda tədbirin bədii hissəsində çıxış edən iştirakçılara təşəkkürnamələr təqdim olunub. Tədbir xoş ovqat və yüksək mənəvi ab-hava şəraitində davam edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay