A

UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində “Karyerada uğur qazanmağın sosial-psixoloji əsasları” adlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə Psixoloji Xidmət Mərkəzinin psixoloqu Mərziyə Mürsəlova çıxış edərək karyerada uğur qazanmaq yalnız peşə bilikləri ilə deyil, həm də sosial və psixoloji amillərlə sıx bağlı olduğunu deyib. Qeyd edib ki, müasir əmək bazarında fərdlərin uğuru onların emosional zəka səviyyəsi, ünsiyyət bacarıqları və motivasiya dərəcəsi ilə birbaşa əlaqəlidir. Bu baxımdan, karyera inkişafının sosial-psixoloji əsaslarını anlamaq mühüm əhəmiyyət daşıyır.

M.Mürsəlova psixoloji dayanıqlılıq, streslə mübarizə və digər bacarıqların karyera yolunda qazandırdığı müsbət nəticələrdən də söz açıb.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.

TOP XƏBƏRLƏR