A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsi nin təşkilatçılığı ilə keçirilən fakültələrarası şahmat turniri yekunlaşıb. Turnir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunub.

Şahmat turnirinin qalibi “SABAH”  qruplarının tələbələri Cabbar Hüseynli, Elçin Osmanov və Ülfət Həbibova olub.II yerə Texnologiya və Dizayn  fakültəsindən Fəxri Vəliyev, Emin Eminbəyli və Fatimə Fətiyeva sahib olublar.

İnformatika və idarəetmə fakültəsinin tələbələri Rüstəm Gülbalayev, Rəcəb Həmzəyev və Nərmin İsmayilova isə III yerə layiq görülüblər.Taxtalar üzrə I yeri Fəxri Vəliyev, II yeri Cabbar Hüseynli, III yeri isə Nərmin İsmayilova qazanıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay