A

İkinci Qarabağ, Vətən müharibəsi, 44 günlük müharibə və ya “Dəmir Yumruq” əməliyyatı, 30 ildən sonra böyük qayıdış- torpaqlarımızı dirçəltməyə gəlirik.

30 il düşmən işğalı altında qalan zəngin təbiəti, alternativ enerji mənbələri, iqlimi çox ziyan görmüşdür.

II Qarabağ müharibəsi zamanı mənfur düşmən öz məqsədlərinə nail ola bilmədi. Rəşadətli ordumuz torpaqlarımızı düşmən tapdağından azad etdi. Artıq illərdir, ekoloji terrora məruz qalan Qarabağ və ətraf rayonların bitki aləminin bərpasına başlanılmışdır. Yaxın gələcəkdə işğaldan azad edilmiş ərazilərimizdə nadir və arealı daralan növlər barədə Azərbaycan Respublikasının “Qırmızı kitabı”nın yeni nəşrinə məlumatlar daxil ediləcək və onların qorunmasına qayğı göstəriləcək. Qarabağ regionunun əlverişli iqlimi və relyefi burada müxtəlif növ turizm məhsullarının inkişafına da imkan yaradır.

İşğaldan azad olunmuş torpaqlarımızın enerji, o cümlədən yaşıl enerji potensialı kifayət qədər yüksəkdir. Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində regionun energetika infrastrukturu dağıdılmışdır. Qarabağ regionunda elektrik şəbəkə rayonu (Şuşa, Xocalı, Xocavənd, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Füzuli, Kəlbəcər və Ağdam) üzrə ümumi gücü 858,6 MVA olan 20 yarımstansiya mövcud olmuşdur. Həmin ərazilərdə uzunluğu 81 km olan 330 kV-luq, 690 km olan 110 kV-luq və 615 km olan 35 kV-luq 3 yüksək gərginlikli elektrik veriliş xətti, eləcə də uzunluğu 6197 km olan 10 kV-luq və 8865 km olan 0,4 kV-luq elektrik veriliş xətləri və ümumi gücü 245.7 MVA olan 2435 ədəd transformator olmuşdur. Eyni zamanda, 2000 kilometrlik qaz xətləri və 34 qazpaylayıcı qurğu istismar edilmişdir. Dağlıq Qarabağ və ətraf regionlarda müxtəlif enerji mənbələrindən istifadə üçün çox böyük potensial vardır.

  • Hidroenerji potensialı:

Qarabağ ərazisi bərpa olunan enerji resursları ilə zəngindir. Günəş enerjisi potensialı:

Yer səthinə düşən günəş radiasiyasının miqdarına görə Qarabağın cənub düzənlik hissəsi – Füzuli, Cəbrayıl, Zəngilan rayonları Naxçıvan MR ərazisindən sonra ikinci yerdədir.

  • Külək enerjisi potensialı:

Qarabağın dağlıq hissəsində 100 metr hündürlükdə küləyin orta illik sürətinin 7-8 m/s olduğu geniş ərazilər mövcuddur.

Geotermal enerji potensialı:

Bütün bunlarla yanaşı, Kəlbəcər rayonu ərazisində 3 093 m3 /gün, Şuşada isə 412 m3 /gün termal su ehtiyatları mövcuddur. Ənənəvi enerji mənbələrinin ətraf mühitə vurduğu külli miqdarda ziyanı və müəyyən zaman çərçivəsində tükəndiyini nəzərə alsaq, bərpa oluna bilən alternativ enerji mənbələrinin fasiləsiz fəaliyyət göstərməsi və ekoloji təmizliyin qorunmasına olan töhfəsi energetika sektorunda əsaslı transformasiyaya zərurət yaradır və təbii olaraq ölkəmiz də bu sahədə artıq öz sağlam addımlarını atmışdır, yataqları da mövcuddur. Belə ki, Tərtər rayonunun Çardaqlı kəndində 8.5 milyon ton daş kömür ehtiyatı vardır.

İqlimin yaxşılaşdırılması üçün Qarabağda, nəqliyyat vasitələrini elektrikə, enerji ilə idarə edilməsinə çevirə bilərik. Bu zaman hava zəhərli qazlardan təmizlənər, COP29 tədbirləri çərcivəsində uğurlu bir yanaşma ola bilər. Bir neçə illər ərzində tamamilə iqlim şəraitinə ziyan vuran qazlardan, maşın mühərriklərindən istifadəni daha əlverişli alternativ enerji mənbələrindən istifadə etməklə ala bilərik.

Hibrid (mələz) avtomobillərin məqsədi benzin sərfiyyatını azaltmaqdır. Buna nail olmaq üçün onlar tıxaclar zamanı və aşağı sürətlərdə hərəkət zamanı benzin mühərriki əvəzinə elektrik mühərrikindən istifadə edərək atmosferə buraxılan tullantıların qismən sıfır olmasını təmin edirlər. Elektrik mühərrikinin işləməsi üçün tələb olunan enerji benzin mühərriki işə salındıqda və ya əyləcdən istifadə edilmə zamanı akkumulyatorlara yüklənir. Ona görə də bu avtomobillərin elektrik enerjisinə qoşularaq enerji ilə doldurulmasına ehtiyac yoxdur.

Düşünürəm ki, təxminən 10 ildən sonra hibrid avtomobillərin benzinlə işləyən avtomobilləri əvəz edəcəyi düşünülür. Havada dəm qazının azaldılması üçün iqlimin normallaşmasına səbəb olacaqdır.

Mirxanım Əhədova
Mühəndislik fakültəsinin IV kurs tələbəsi

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay