A

Oktyabrın 29-da Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsinin məzunu, Vətən müharibəsinin şəhidi Məzdək Eyvazlının anım günü idi.

Anım günü mərasimində Rəqəmsal İqtisadiyyat fakültəsinin dekan müavini Ramal Cabbarov, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri İlkan Əliyev və tələbələr şəhidin məzarını ziyarət edib, məzarı önünə gül dəstələri düzüb və əziz xatirəsini ehtiramla yad ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay