UNEC Ömürboyu Təhsil Mərkəzi tərəfindən təşkil olunan Tyutor hazırlıq kursunun məzunlarına sertifikatların təqdimolunması mərasimi keçirilib.
Tədbirdə UNEC-in Tədris işləri üzrə prorektoru, dosent Gəray Musayev, UNEC Rəqəmsal Təhsil Mərkəzinin direktoru Kəminə Cəbrayılova və kursun məzunları iştirak ediblər.
Prorektor Gəray Musayev məzunları təbrik edərək onların gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bildirilib ki, UNEC Rəqəmsal Təhsil Mərkəzinin (UNEC Extern) direktoru Kəminə Cəbrayılovanın proqram rəhbərliyi ilə 2024/2025-ci tədris ilində keçirilən kursda ümumilikdə 12 nəfər iştirak edib və kursu uğurla başa vurub.
Kurs müddətində iştirakçılara təhsilin təşkili ilə bağlı hüquqi sənədlər, tələbələrin biliyinin qiymətləndirilməsi və attestasiyası, istehsalat təcrübəsinin təşkili, təqaüdlərin müəyyənləşdirilməsi, UNEC-in Tədrisin İdarəedilməsi Sistemi (LMS), Microsoft proqramlarının tətbiqi, vaxtın idarə olunması, komandada işləmə bacarıqları, işgüzar etika və digər zəruri bilik və bacarıqlar öyrədilib.
Qeyd edilib ki, indiyədək UNEC-də tyutor hazırlığı ilə bağlı 10 kurs təşkil olunub və 200-ə yaxın iştirakçı bu proqramdan məzun olub.
Sonda kurs iştirakçılarına sertifikatlar təqdim olunub.