A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes və menecment fakültəsinin birinci kurs tələbələri üçün UNEC KİM maarifləndirici təlim keçib.

Təlimin məqsədi tələbələrin elmi informasiya resurslarından səmərəli və etik şəkildə istifadə bacarıqlarını artırmaq olub.

4 saylı kitabxananın şöbə müdiri Səidə Rzayeva tərəfindən aparılan təlimdə, tələbələrə kitabxananın fəaliyyəti, onun struktur bölmələri, istifadə qaydaları və təqdim etdiyi xidmətlər barədə ətraflı məlumat verilib. O, UNEC-in abunə olduğu elmi məlumat bazaları, onların istifadəsi qaydaları və informasiyadan etik istifadə prinsipləri barədə geniş məlumat təqdim edib.

Sonda tələbələri maraqlandıran suallar cavablandıırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay