A

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisası üzrə təhsil alan tələbələri 16 fevral–2 iyul tarixlərində UNEC Kitabxana-İnformasiya Mərkəzində istehsalat təcrübəsi keçiblər.

Təcrübə müddətində tələbələr UNEC-in rəqəmsal universitet modelinə inteqrasiya olunmuş akademik kitabxana mühiti ilə yaxından tanış olub, hibrid kitabxana-informasiya xidmətlərinin təşkili prosesində fəal iştirak ediblər. Onlar UNEC-in 24/7 kitabxana və elektron kitabxana təcrübəsini öyrənib, müasir kitabxana texnologiyaları, eləcə də avtomatlaşdırılmış kitabxana-informasiya sisteminin fəaliyyət prinsiplərini mənimsəyiblər.

Bundan əlavə, təcrübəçilər UNEC-də təşkil olunan kitab təqdimatlarında, kitabxanaçılar üçün süni intellekt alətlərindən istifadə mövzusunda keçirilən təlimlərdə, həmçinin professor-müəllim heyətinin kitabxananın rəqəmsal resurslarından istifadə bacarıqlarının artırılması məqsədilə təşkil edilən təlim və digər tədbirlərdə iştirak ediblər.

İstehsalat təcrübəsi nəticəsində tələbələr müasir akademik kitabxanaların fəaliyyətinə dair praktiki bilik və bacarıqlar əldə edib, əmək bazarının tələblərinə uyğun yeni kompetensiyalara yiyələniblər.

TOP XƏBƏRLƏR