A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Maliyyə və mühasibat” fakültəsində “Narkomaniyaya “YOX” deyək!” mövzusunda seminar keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini, “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın katibi, “Sosial iqtisadi inkişaf uğrunda” İctimai Birliyinin sədri Sevda Məmmədova, UNEC-in “Maliyyə və mühasibat” fakültəsinin dekanı dosent Hafis Hacıyev və tələbələri iştirak ediblər.

Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2023-cü il üçün İş Planı çərçivəsində keçirilən tədbirdə narkomaniyaya yol açan sosial, bioloji və psixoloji amillər, narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə mənfi təsirləri, narkomaniya ilə mübarizənin effektiv üsulları, eləcə də bu sahədə məlumatlandırma və maarifləndirmə tədbirlərinin genişləndirilməsi zəruriliyindən bəhs olunub.

Sonda mövzu ilə bağlı videoçarx nümayiş olunub və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay