Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ilə ABŞ-nın Harvard Univeristeti arasında imzalanmış müqavilə çərçivəsində ölkəmizdə olan Harvard Universitetinin Beynəlxalq İnkişaf Mərkəzinin (GROWTH LAB) əməkdaşları Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) işgüzar səfərdə olublar.
UNEC-in Layihələrin idarə olunması şöbəsinin müdiri Rauf Məmmədov, Biznesin idarə edilməsi kafedrasının müdiri Sevər Məmmədova, Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri Nərgiz Hacıyeva və kafedranın müəllimi Mirvari Qəzənfərli ilə keçirilən görüşdə mümkün əməkdaşlıq imkanları, iqtisadiyyatın şaxələndirilməsi və onun dayanıqlı artım modelinin təmin olunması sahəsində fundamental və praktik əhəmiyyətli tədqiqatların aparılması barədə müzakirələr aparılıb.
Beynəlxalq İnkişaf Mərkəzinin tədqiqatçıları Corc Tapia və Alexandro Rueda Sanz UNEC-dəki təhsil imkanlarını müsbət qiymətləndirərək, əməkdaşlıq istiqamətində fikrilərini bölüşüblər.