A

3-4 oktyabr 2023-cü il tarixlərində Təhsildə Keyfiyyətin Təminatı Agentliyi təşkilatçılığı ilə nüfuzlu “QS QUACQUARELLI SYMONDS” Beynəlxalq Reytinq Agentliyi və Azərbaycanın ali təhsil müəssisələrinin rəhbərləri və əməkdaşları arasında Bakı Dövlət Universitetində görüş keçirilib.

Görüşdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin, 20-dən çox ali təhsil müəssisəsinin və “QS Quacquarelli Symonds” Beynəlxalq Reytinq Agentliyinin nümayəndələri iştirak ediblər. Görüşdə “QS Quacquarelli Symonds” Reytinq Agentliyinin nümayəndələri tərəfindən QS reytinq nəticələri əsasında müxtəlif kateqoriyalar üzrə Azərbaycan ATM-lərinin mövcud vəziyyətinə dair müqayisəli təhlillər aparılıb. Sonra UNEC rektoru prof. Ədalət Muradov QS Beynəlxalq Reytinqində UNEC-in mövqeyi və bu reytinqdə iştirakın UNEC üçün əhəmiyyəti barədə məlumat verib. 

Oktyabrın 4-də ATM əməkdaşları üçün təşkil edilmiş görüşdə UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin Layihələrin idarə olunması şöbəsinin müdiri Rauf Məmmədov, həmçinin Strateji inkişaf şöbəsinin mütəxəssisləri Fəridə İsmayılova və İsa Rəcəbli də müzakirələrə qatılıblar. Beynəlxalq əməkdaşlıq departamentinin Strateji İnkişaf Şöbəsinin mütəxəssisi Fəridə İsmayılova UNEC-in QS beynəlxalq reytinq sıralamasında irəliləməsi istiqamətində görülən işlərə dair təqdimatla çıxış edib. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay