A

UNEC-də Elmi Şuranın növbəti iclası keçirilib.

Elmi Şuranın açılışında çıxış edən rektor, professor Ədalət Muradov fevralın 7-də keçirilmiş növbədənkənar Prezident seçkilərində Prezident İlham Əliyevin inamlı qələbəsi münasibətilə şura üzvlərini təbrik edib. Zəfər seçkilərində UNEC kollektivinin fəal iştirak etdiyini diqqətə çatdıran rektor, bu seçkilərin dövlətçilik tariximizə əlamətdar gün kimi yazıldığını qeyd edib.

Şurada İmtahan Mərkəzinin direktoru dosent Söhrab İsayev payız semestrinin imtahan sessiyasının yekunlarına dair hesabatla çıxış edib. Bildirib ki, sessiyada 18 mindən çox tələbənin biliyi qiymətləndirilib. Bakalavriat pilləsi üzrə imtahanlarda ən yüksək müvəfəqqiyət göstərisici 91%-lə Rəqəmsal İqtisadiyyat fakültəsində qeydə alınıb. S.İsayev imtahanların nəticələrindən edilmiş apelyasiya müraciətlərinin sayının, eləcə də imtahanlarda intizam qaydalarının pozulması hallarının ötən illərlə müqayisədə kəskin şəkildə azaldığını (4 dəfə) diqqətə çatdırıb.

Söhrab İsayev bildirib ki, növbəti semestrdən etibarən yazılı imtahanlar elekton qaydada keçiriləcək. Tətbiq olunan bütün yeniliklər və dəyişikliklər barədə məlumatlar öncədən tələbələrin şəxsi kabinetlərinə göndəriləcək.

UNEC Dizayn Məktəbinin direktoru dos. Lalə Məmmədova “Dizayn” ixtisası üzrə bakalavriat səviyyəsində yekun dövlət attestasiyasının keçirilməsi barədə yeni Qaydaları şura üzvlərinin diqqətinə çatdırıb. Yeni qaydalara əsasən, sonuncu kurs tələbələrinin yekun dövlət attestasiyasında bilik və bacarıqları hazırladıqları layihə əsasında qiymətləndiriləcək.

Sonra Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktor müavini dos. Aytən Hüseynli magistrantların elmi-pedaqoji təcrübəsinin təşkili və elmi-tədqiqat təcrübəsinin təşkili Qaydaları barədə təqdimatla çıxış edib. O, magistrantların elmi-pedaqoji, eləcə də elmi-tədqiqat təcrübələrinin ötən illərlə müqayisədə daha uğurlu təşkil olunduğunu diqqətə çatdırıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay