A

UNEC-in Karyera Planlaması və İnkişafı kafedrasının müdiri Rəşad Məhərrəmov və kafedranın müəllim heyəti İqtisadiyyat və İdarəetmə fakültəsinin I kurs tələbələri ilə birgə “Azərbaycan uşaqları” İctimai Birliyi uşaq Sığınacaq evinə ziyarət ediblər.

Kafedra tərəfindən təşkil edilmiş ziyarət valideyn himayəsindən məhrum olmuş uşaqların əylənməsi, xoş saatlar keçirməsi məqsədi ilə yanaşı tələbələrdə onlara tədris edilən “Yumşaq bacarıqlar” fənninin təkcə auditoriya ilə kifayətlənməməsi, əyani şəkildə öz sosial bacarıqlarının inkişafına təkan məqsədi ilə həyata keçirilib.

Sığınacaqdakı uşaqların əl işlərindən ibarət sərgidən müxtəlif suvenirlər alınaraq, “Azərbaycan uşaqları” İctimai Birliyi uşaq Sığınacaq evinə maddi dəstək edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay