A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) koordinator olduğu “Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa Olunan Enerji və İqlim Dəyişikliklərinin Azaldılması - REFRESH” layihəsi çərçivəsində 22 may tarixində yerli və xarici qonaqların iştirakı ilə menecment görüşü baş tutub.

 Görüşdə UNEC, Azərbaycan Texnologiya Unversiteti (ATU), Gəncə Dövlət Universiteti (GDU), Mingəçevir Dövlət Universiteti (MDU), Lənkəran Dövlət Universiteti (LDU), Sumqayıt Dövlət Universiteti (SDU), Danimarka Texniki Universiteti, Boloniya Universiteti və KTH Royal Texniki İnstitutunun nümayəndələri iştirak ediblər.

Görüş zamanı REFRESH layihəsinin keyfiyyət planı, iş paketləri üzrə görülmüş və planlaşdırılan işlər, ISCEMR-2024 Konfransında REFRESH layihəsinə həsr olunmuş paneldə spikerlərin çıxışı, layihənin təbliğat planı və noyabr ayında Bakıda təşkil olunacaq COP29 tədbirində layihə tərəfdaşlarının iştirak imkanları, həmçinin Azərbaycanın COP-29 tədbirinə ev sahibliyi etməsinin əhəmiyyəti kimi məsələlər müzakirə olunub.

Menecment görüşündə iştirak edən qonaqlar eyni zamanda 23 may tarixində Heydər Əliyev Mərkəzi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Regional İnkişaf İctimai Birliyi (RİİB), Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin birgə təşkilatçılığı ilə İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların VI Beynəlxalq Elmi Konfransında da iştirak ediblər. Qeyd edək ki, konfrans çərçivəsində “Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı Qlobal İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa Olunan Enerji və İqlim Dəyişikliklərinin Azaldılması - REFRESH” layihəsinin təbliğat planının icrasına əsasən xüsusi panel keçirilib.

REFRESH layihəsi ilə eyniadlı tədbirin 1-ci panelində layihənin xarici tərəfdaşları olan İtaliyanın Boloniya Universiteti (UNIBO), Danimarka Texniki Universiteti (DTU) və İsveçin Kral Texnologiya Universitetinin (KTH) layihə üzrə nümayəndələri spiker qismində çıxış edərək, mövzu ilə əlaqədar təmsil etdikləri ölkənin təcrübələrini bölüşüb,  Azərbaycan üzrə müqayisəli təhlillər edib, eləcə də auditoriyadan verilən sualları cavablandırıblar.

Panel müzakirəsinin sonunda UNEC rektoru Prof. Ədalət Muradov xarici spikerlərə təşəkkür edərək, onlara plaket təqdim edib. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay