UNEC QS Quacquarelli Symonds tərəfindən Macarıstanın paytaxtı Budapeştdə keçirilən “QS Higher Ed Summit: Europe 2026” beynəlxalq sammitində təmsil olunur.
500-dən çox ali təhsil müəssisəsini, təhsil nümayəndələrini bir araya gətirən forumda universitetlərin institusional fəaliyyətinin qiymətləndirilməsi, tələbə mobilliyi, rəqəmsal transformasiya və beynəlxalq tərəfdaşlıqların inkişafı məsələləri yer alıb.
Forum çərçivəsində UNEC-in ikili diplom proqramlarının genişləndirilməsi, Avropa universitetləri ilə yeni institusional müqavilələrin bağlanması və QS reytinqi göstəricilərinin yaxşılaşdırılması istiqamətlərində müzakirələr aparılıb.
Sammit zamanı Avropa universitetlərinin beynəlxalq əməkdaşlıq şöbələrinin rəhbərləri, QS platformasının ekspertləri və aparıcı reytinq mütəxəssisləri ilə ikitərəfli görüşlər keçirilib.
Qeyd edək ki, UNEC hazırda Avropa, Cənubi Koreya, Orta Asiya və digər regionların universitetləri ilə 200-dən çox institusional müqavilə çərçivəsində əməkdaşlıq edir.