İyulun 2-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) növbəti “Açıq qapı” günü keçirilib. Tədbir yay imtahan sessiyasına həsr edilib.“Açıq qapı”da tələbələrin, valideynlərin və ictimaiyyət nümayəndələrinin imtahan sessiyası ilə bağlı müraciətləri dinlənilib.
Müraciətlər daha çox imtahanlarda yaranan problemlər, xüsusən imtahanların nəticələri, kəsrlər, güzəştlərin əldə edilməsi, təhsil haqları ilə bağlı olub. Bəzi tələbələr imtahan cavablarının yenidən yoxlanılmasını təklif ediblər.
Universitetdə çalışmaq istəyən, xüsusən də pedaqoji fəaliyyətlə məşğul olmaq niyyətində olanlar qəbula gələnlər arasında çoxluq təşkil edib.
Müraciətlərin operativ araşdırılaraq, vaxtında tədbirlərin görülməsi məqsədilə aidiyyatı struktur bölmələrinə tapşırıqlar verilib.
“Açıq qapı”ya 70-dən çox müraciət daxil olub.