A

UNEC Kitabxana-İnformasiya Mərkəzinin və “Qanun” nəşriyyatının birgə təşkilatçılığı ilə UNEC-in əsas tədris binasında kitab sərgisi keçirilir.

Sərgidə iqtisadiyyatın müxtəlif sahələrinə dair nəşrlər, Azərbaycan və dünya klassiklərinin bədii ədəbiyyat nümunələri təqdim olunur. Həmçinin şəxsi inkişaf, tarix, fəlsəfə, psixologiya və digər istiqamətlər üzrə Azərbaycan, ingilis və rus dillərində ən yeni kitablar da nümayiş etdirilir.

İlk günü olmasına baxmayaraq, nəşriyyatın əməkdaşları UNEC tələbələrinin kitaba böyük maraq göstərdiyini bildiriblər.

Qeyd edək ki, kitab-satış sərgisi üç gün davam edəcək.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay